Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı güc yolu ilə ələ keçirmək planlarından imtina edib.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-ın Danimarkadakı səfiri Kennet Houeri Qrenlandiya radiostansiyası KNR-ə verdiyi müsahibədə bildirib.
“Prezident artıq güc tətbiq etməyi düşünmür. Qrenlandiyanın gələcəyini qrenlandiyalıların özləri müəyyən etməlidir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Qrenlandiya işçi qrupunun həm Trampın ABŞ təhlükəsizliyi ilə bağlı narahatlıqlarını, həm də Danimarka və Qrenlandiyanın fikirlərini nəzərə alan bir qərara gəlməsi ehtimalı yüksəkdir.
Daha əvvəl Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ-ın xüsusi elçisi Ceff Lendrinin uşaqlara şirniyyat paylamasını lağa qoymuşdu.
“Bizə nə qədər şokoladlı peçenye versələr də, qırmızı xətlərimizi dəyişdirməyəcəyik”, – deyə siyasətçi vurğulayıb.
E.ŞİRİNOV