Əsas məzmuna keç

Trampın Ukrayna Sülh Planının təfərrüatları məlum oldu

ABŞ prezidenti Donald Trampın sülh planına atəşkəsə nəzarət etmək üçün Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsi də daxil ola bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Post” Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi nəşrə deyib ki, “müqavimət qüvvəsi ukraynalıların istədikləri təhlükəsizlik təminatlarının bir hissəsidir və ümid edirik ki, bu zəmanətləri alacaqlar”.

Həmçinin əlavə tədbir kimi Ukrayna, Rusiya və NATO-nun üzvü olmayan üçüncü neytral ölkənin iştirakı ilə cəbhə xəttində monitorinq aparacaq birgə komissiyanın yaradılması da nəzərdən keçirilir.

Bundan əvvəl məlum olub ki, ABŞ sülh planı çərçivəsində Ukraynaya Krımı Rusiya kimi tanımaq və NATO-ya üzv olmaqdan imtina etməyi təklif edib. Hazırda Vaşinqton öz təkliflərinə Kiyevdən cavab gözləyir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…