25 İyul 2025 / 13:05

“Patriot” sistemlərindən birincisi raketlərlə birlikdə Ukraynaya gəlib – “The Telegraph”

Qəzetin yazdığına görə, sistem Ukraynaya Trampın yardım paketini elan etməsindən bir neçə gün sonra gəlib

İyulun 13-də ABŞ prezidenti Donald Tramp Ukraynaya 10 milyard dollarlıq yardım paketini açıqlayıb.

Tezadlar.az “The Telegraph”a istinadən xəbər verir ki, bu elandan bir neçə gün sonra vəd edilmiş “Patriot” hava hücumundan müdafiə sistemlərinin birincisi bir sıra raketlərlə birlikdə Ukraynaya gəlib.

“Həmin həftənin sonunda Almaniya ilə razılaşma sayəsində “Patriot” hava hücumundan müdafiə sistemi və digər ələ keçirən raketlər artıq Ukraynaya daxil olub”, – qəzet yazır.

Pentaqon və Ağ Ev bu addımdan istifadə edərək, Amerikanın onları doldurmasını gözləyərkən Avropa ölkələrini öz mövcud ehtiyatlarını Kiyevə göndərərək riskə getməyə inandırmağa çalışıblar.

Lakin bəzi ölkələr üçün bu, çətin məsələdir, çünki onların “Patriot” raketləri gələn ilin əvvəlinə qədər dəyişdirilməyəcək.

Bu həftənin əvvəlində Berlin Vaşinqtonla Ukraynaya daha beş batareyanın təhvil verilməsinə dair razılıq əldə etdiyini açıqlamışdı. Almaniya iki sistem üçün vəsait təmin edəcək, Norveç isə üçüncü sistem üçün ödəniş edəcəyini vəd edib.

Prezident Vladimir Zelenski deyib ki, hazırda Ukraynanın ehtiyac duyduğu 10 hava hücumundan müdafiə sistemindən üçü “Patriot”la bağlı müqavilələr var. Bununla belə, raketlər, pilotsuz təyyarələr, elektron müharibə sistemləri və ordu üçün sabit maliyyə də lazımdır.

Prezident xatırladıb ki, ABŞ lideri Donald Tramp sistemlərin Ukraynaya verilməsinə razılıq verib. Bu, satış yolu ilə baş verəcək, yəni Ukrayna indi bütün 10 sistem üçün pul tapmalıdır. Yaxşı olardı ki, hər sistem üçün raket paketi olsun.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!