Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 May 2025 / 07:59

Trampla Putin görüşəcək, amma vaxtı və yeri dəqiqləşməyib

Xəbər verdiyimiz kimi, bu gün Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər. Zelenskinin Fərmanı ilə 12 yüksək çinli Ukrayna heyətində təmsil olunub.  ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Amerika lideri Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə ehtimal olunan görüşünün vaxtı və yeri hələ müəyyən edilməyib. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, Rubio “Fox News” telekanalına müsahibəsində belə bir açıqlama verib. Sitat: “Bu məsələ üzərində bir neçə ay işlədikdən sonra öyrəndiklərimizi nəzərə alaraq, Prezident Tramp Vladimir Putinlə danışıqlar masasına oturmayınca heç nə baş verməyəcək. Mən hələ tarix və yeri bilmirəm, lakin bu, hazırda həqiqətən yeganə imkandır”.

Bu günkü görüşdən isə Trampla Putinin görüşüb- görüşməyəcəyinin taleyini həll edə bilər. Tərəflər maksimum kompromislərini ortaya qoyub mümkün qədər atəşkəsin və sülhün əldə edilməsinin əsasını qoymalıdırlar.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!