ABŞ prezidenti Donald Tramp sabah- martın 18-də Rusiya prezidenti Vladimir Putinlə Ukraynada müharibəyə son qoyulmasını müzakirə etməyi planlaşdırdığını bildirib. Tezadlar.az Reuters-ə istinadla xatırladır ki, Trampın Floridadan Vaşinqtona gecə uçuşu zamanı “Air Force One” təyyarəsində jurnalistlərə danışarkən belə deyib. Sitat: “Prezident Putinlə çərşənbə axşamı danışacam. Həftə sonu çox iş görmüşük, bu məsələ də yəqinki həllini tapar…”.
Tramp “bu müharibəni bitirə biləcəyimizi görmək istəyirik” deyə əlavə edib. Sonra isə “Bəlkə bacardıq, bəlkə də bacarmadıq, amma düşünürəm ki, bizim çox yaxşı şansımız var”, – deyə Tramp əlavə edib.
A.Məmmədli