Trampla Zelenski arasında gərgin anlar: nə baş verir?

Oxunma sayı: 82

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşdə Kiyev və Vaşinqton arasında nadir torpaq metalları ilə bağlı razılaşmanın yetərli olmadığını və əlavə təhlükəsizlik zəmanətlərinə ehtiyac olduğunu söyləyib. Hər iki prezident araslnda gərginlik var. Tezadlar.az  xəbər verir ki, “Reuters” Ağ evdə keçirilən görüşün mətnini təqdim edib.  Agentlik xatırladır ki, tərəflər bu gün ABŞ-nin Ukraynanın mədən sənayesində iştirakı haqqında saziş imzalamalıdırlar. Bununla belə, bura Ukrayna üçün Amerikanın açıq-aydın təhlükəsizlik zəmanətləri daxil edilmir və bu, Kiyevi məyus edir. “Amerikalıların biznesdə olması bir növ zəmanət rolunu oynayacaq”, – “Reuters” Trampın sözlərindən sitat gətirib. ABŞ Prezidenti qeyd edib ki, Ukrayna əsgərləri inanılmaz şücaət göstəriblər, lakin ABŞ döyüşləri dayandırmaq və vəsaiti “başqa məqsədlərə, məsələn, yenidənqurma”ya yönəltmək istəyir.

XXX

Tezadlar.az son dəqiqələrdə nə baş verdiyini təqdim edir..,Ukrayna mediası Trampın, sanki Putinin vəkili kimi çıxış etməsi göz önündədir. Tramp Zelenskini məğlubiyyətə təhrik edir… Trampla Zelenski arasında ciddi qarşıdurma yaranıb hazırda… Tramp ona aşağılayıcı suallar verir vı onu tıhqir edən jestlər edir, amma Zelenski mərdliklə Ukraynanın mövqeyini müdafiə edir…

Əlavə məlumat veriləcək.

A.Məmmədli

Xəbəri paylaş