Əsas məzmuna keç

TRAMVAY TOQQUŞMASI: 1 NƏFƏR ÖLÜB, 130 NƏFƏR XƏSARƏT ALIB

Kemerovoda iki tramvayın toqquşması nəticəsində yaralanan sərnişinlərin sayı 130-a çatıb, 1 nəfər ölüb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

“Son məlumatlara görə, 130 nəfər yaralanıb, 1 nəfər ölüb. 10-u uşaq olmaqla 109 nəfərə ambulator yardım göstərilir, 21 nəfər xəstəxanaya yerləşdirilib”, – deyə agentliyin həmsöhbəti bildirib.

İyunun 6-da səhər saatlarında Tom çayı üzərindəki iki körpüdən biri olan Kuznetski körpüsünün başlanğıcında iki tramvay toqquşub. Bir nəfər ölüb, 125 nəfər yaralanıb. Faktla bağlı 2 cinayət işi başlanıb, əməliyyat qərargahı yaradılıb. Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə istintaq idarəsinin məlumatına görə, nasaz tramvayın qaçmasına icazə verən Kemerovo elektrik nəqliyyat şirkətinin direktoru və ustası saxlanılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…