Tula bölgəsində PUA hücumu dəf edilib

Oxunma sayı: 293

Rusiya hava hücumundan müdafiə sistemləri Tula vilayəti üzərində Ukrayna PUA-larının hücumunu dəf edib. Tələfat və dağıntı olmayıb.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Dmitri Milyayev məlumat verib.

“Səhər tezdən Rusiya Müdafiə Nazirliyinin növbətçi hava hücumundan müdafiə sistemləri düşmənin hava hücumunun dəf edilməsi və PUA-nın məhv edilməsi üzrə işlər həyata keçirib. Dağıntı və tələfat olmayıb. Vəziyyət nəzarətdədir”, – o, Telegram kanalında yazıb.

Bundan əvvəl bölgədə PUA-nın hücum təhlükəsi elan edilmişdi.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva vaxtı ilə saat 06:35-dən 07:00-a qədər Ryazan vilayəti üzərində daha bir pilotsuz uçuş aparatı məhv edilib.

ELBAR

Xəbəri paylaş

24 May