Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İlkin məlumata görə, iki gündən çox davam edən pilotsuz təyyarələrin hücumları nəticəsində Tulada 20-yə yaxın yaşayış binasına ziyan dəyib.
Tezadlar.az bildirir ki, bu barədə Tula vilayətinin başçısı Dmitri Milyaev Telegram kanalında məlumat verib.
O yazıb ki, təmir işləri aparılan zaman Tuladakı yaşayış binalarından birinin sakinləri otellərə yerləşdirilib.
Tula vilayətinin qubernatoru qeyd edib ki, iki gündən artıq müddətdə bölgədə 16 hava hücumu qeydə alınıb. Bu əməliyyatlar zamanı, yenilənmiş məlumatlara görə, 53 PUA vurulub. Milyaev əlavə edib ki, fövqəladə hallar xidmətləri pilotsuz uçuş aparatlarının dağıntılarının olub-olmaması üçün ərazidə araşdırmaları davam etdirir. Onlar həmçinin vətəndaşların evlərinə və əmlaklarına ziyan vurma hallarının müəyyənləşdirilməsini davam etdirirlər.
Milyaev daha əvvəl bildirmişdi ki, PUA-nın hücumları nəticəsində iki nəfər yüngül xəsarət alıb; Onlara tibbi yardım göstərilib və xəstəxanadadırlar.
E.ŞİRİNOV