Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Turan Tovuz” klubu ev oyunlarını Sumqayıtda keçirəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Qeyd olunur ki, Tovuz şəhər stadionunun ot örtüyündə yaranmış problemlə əlaqədar Peşəkar Futbol Liqası tərəfindən “Turan Tovuz”un ev oyunlarını müvəqqəti olaraq “Azersun Arena”da keçirməsinə icazə verilib. Klubun Tovuz şəhər stadionuna qayıtması öncədən test oyununun keçirilməsi şərti ilə Misli Premyer Liqasının 25-ci tur oyununa planlaşdırılmışdı. Son aparılan təhlillər, mütəxəssis rəyləri və klubun rəsmi müraciətinə əsasən, stadionun oyuna hazır vəziyyətə gətirilməsinin ən tez aprel ayının ortalarında mümkün ola biləcəyi müəyyənləşib.
“Turan Tovuz” klubunun müvəqqəti olaraq çıxış etdiyi “Azersun Arena”nın da təmirə bağlanması səbəbindən (“Turan Tovuz”un bu stadionda yalnız fevral ayında istifadə edəcəyi əvvəlcədən rəsmi şəkildə bildirilmişdi) sözügedən tur oyununun, həmçinin Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək ev qarşılaşmasının klubun müraciəti əsasında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili ilə bağlı qərar verilib.
Sözügedən qarşılaşmalardan sonra Tovuz şəhər stadionunun ümumi vəziyyəti yenidən qiymətləndiriləcək və 26-cı turdan etibarən komandanın ev oyunlarının bu arena keçirilib-keçirilməməsi ilə bağlı əlavə qərar qəbul olunacaq.