Əsas məzmuna keç

TüRK HAVA YOLLARıNA (THY) MəXSUS TəYYARə ILK UçUşUNU XəZəR DəNIZI SAHILINDəKI AKTAU şəHəRINə ETDI

Qazaxıstanın qərbindəki Aktau şəhəri, Türkiyənin mülki aviasiya flaqmanının 255-ci yeri oldu.

İstanbul-Aktau-İstanbul marşrutu üzrə ilk reysin baş tutması i münasibətilə Aktau hava limanında Türkiyənin Qazaxıstandakı səfiri Ufuk Əkicinin, Mangistau vilayətinin akimi Serikbay Trumovun, Türkiyənin Aktau şəhərindəki Baş konsulu Müzəffər Akyıldırımın, THY filialının rəhbəri Həsən Savaş Ərdənin və başqalarının iştirakı ilə Aktau hava limanında təntənəli mərasim keçirilib.

 “Anadolu” agentliyinə verdiyi müsahibədə Türkiyənin səfiri, 30 il əvvəl Qazaxıstan müstəqillik qazandıqdan sonra THY’nin Almatı beynəlxalq hava limanına uçuşlara başlayan ilk xarici hava daşıyıcısı olduğunu xatırladı.

 “O vaxtdan bəri THY təyyarələri Almatı və Nur-Sultana müntəzəm uçuşlar həyata keçirir. Türküstana ilk birbaşa uçuş may ayında həyata keçirildi. Aktauya ilk uçuş bu gün həyata keçirildi. Beləliklə, THY Qazaxıstana marşrut şəbəkəsini 4-ə çatdırdı ”- deyə səfir vurğuladı.

 THY İstanbul-Aktau-İstanbul marşrutu üzrə uçuşları həftədə iki dəfə, çərşənbə axşamı və cümə günləri həyata keçirəcək.

Şakir QURBANOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…