29 İyun 2021 / 14:44

TÜRKİYƏDƏ İDMAN YARIŞLARINA AZARKEŞLƏR BURAXILACAQ

Türkiyədə idman yarışları məhdud sayda azarkeş iştirakı ilə keçiriləcək.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Səhiyyə naziri deyib k, Türkiyədə COVID-19-un “Delta plus” ştammı qeydə alınmasa da, ölkədə “Delta” ştammına yoluxmaların sayı artır.

Onun sözlərinə görə, COVID-19 infeksiyasının bu variantına yoluxanların sayı 224-ə qalxıb.

“Delta” ştammı aşkarlanan vilayətlərin sayı isə 16-dan 26-ya yüksəlib.

Fəxrəddin Qoca bildirib ki, yeni növ koronavirus infeksiyasının “Delta” ştammına yoluxanlardan 134-ü İstanbuldadır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!