Əsas məzmuna keç

TÜRKİYƏDƏ ZƏLZƏLƏ OLDU

Egey dənizində 4 bal gücündə zəlzələ olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 12:21-də Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə baş verib.

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…