Əsas məzmuna keç

TÜRKİYƏ FƏLƏSTİN-İSRAİL MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ QARANT OLMAĞA HAZIR OLDUĞUNU AÇIQLAYIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsraillə münaqişənin həllində Fələstinə qarant ölkə kimi çıxış etməyə hazırdır.

Parlamentdə çıxış edən Türkiyə lideri böhranın həlli üçün sülh konfransının çağırılmasını da təklif edib.

“Biz münaqişənin həllində Fələstinin qarant ölkəsi kimi çıxış etməyə hazırıq. Həmçinin, İsrail və Fələstin arasında nizamlanmaya dair bütün nüfuzlu aktorların iştirakı ilə beynəlxalq sülh konfransının çağırılmasını təklif edirik”, – Ərdoğan bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…