Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rövşən Rüstəmov və Türkiyə Enerji, Nüvə və Mədən Araşdırma Qurumunun (TENMAK) sədri Abdulkadir Balıkçı arasında görüş keçirilib.
Bu barədə nazirlik məlumat yayıb.
Bildirilir ki, görüşdə işğaldan azad edilmiş Azərbaycan ərazilərində radiometrik və radioloji tədqiqatların aparılması, tədqiq olunan ərazinin radioloji xəritəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, salınacaq yaşayış məntəqələrində qamma-fon xəritəsinin hazırlanması və radioaktiv mənbələrin, çirklənmə və tullantıların aşkar edilməsi, eləcə də əsas içməli və texniki su mənbələrinin radioloji monitorinqi prioritet təşkil edir. Həmçinin bu sahədə normativ-hüquqi bazanın yaradılması müzakirə olunub.