Əsas məzmuna keç

TÜRKİYƏNİN MONİTORİNQ QRUPU AĞDAMDA DAHA BİR İL QALACAQ, AMMA…

Rusiyanın Sülhməramlılarından fərqli olaraq Türkiyə hərbçilərinin Ağdam rayonundakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində qalma müddəti daha 1 il uzadılacaq.

Türkiyə parlamentinə müvafiq qanun layihəsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib. Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması haqqında qərar 44 günlük müharibənin sonunda, 2020-ci ilin payızında qəbul edilib. Məqsəd pilotsuz uçan aparatlar da daxil olmaqla, müasir texniki vasitələrdən istifadə edərək atəşkəs rejiminə riayət olunmasının monitorinqi idi.

Tezadlar.az xatırladır ki, Rusiya Sülhməramlılarının əksər hissəsi Qarabağın erməni quldurlarından azad edilmiş ərazilərindən çıxıb, dislokasiya yerini Rusiyaya dəyişib…

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…