Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Sentyabr 2021 / 15:27

TÜRKİYƏNİN QARABAĞDAKI KOMANDANLIĞINA 4 GENERAL TƏYİN EDİLDİ

…Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yeni mərhələyə qədəm qoymaqdadır…
Laçında baş tutan və yüksək səviyyədə həyata keçirilən təlimlərin üstündən, daha bir tarixi-sevindirici hadisəyə şahidlik edirik. Belə ki, Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək Xidmət Qrupu Komandanlığına 4 general təyin edilib. Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib. General Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb. General Ender Güner Azərbaycan Xidmət Qrupu Komandanlığının Baş qərargah rəisi təyin edilib.

Bununla yanaşı Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub.
 Artıq burda əlavə şərhə, necə deyərlər, zərurət yoxdur… Türkiyəmiz, Azərbaycanımız var olsun!
A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!