Əsas məzmuna keç

TÜRKİYƏ PUTİNİN ƏRDOĞANLA GÖRÜŞÜNÜN TARİXİNİ TƏSDİQLƏYİB

Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla sentyabrın 4-də Soçidə görüşü təsdiqlənib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS Ankaradakı diplomatik departamentdəki mənbəyə istinadən məlumat yayıb.

“Hələlik görüş sentyabrın 4-nə təyin edilib”, – mənbə bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə liderlərinin görüşünün dəqiq tarixini yaxın vaxtlarda açıqlayacağına söz vermişdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…