Əsas məzmuna keç

TÜRKİYƏ VƏ İSVEÇ NÜMAYƏNDƏLƏRİ BRÜSSELDƏ GÖRÜŞ KEÇİRƏCƏKLƏR

İyulun 11-12 tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl Türkiyə və İsveç nümayəndələri Belçikanın paytaxtı Brüsseldə yüksək səviyyəli görüş keçirəcək.

TEZADLAR.AZ xəbər verir ki,  Vilnüsdə səfəri zamanı jurnalistlərə açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq iyulda paytaxtda keçiriləcək NATO sammitindən əvvəl Türkiyə və İsveç rəsmilərinin İsveçin NATO-ya mümkün qəbulu ilə bağlı Brüsseldə bir araya gələcəklərini bildirərək deyib: “Bu toplantıda xarici işlər nazirləri, kəşfiyyat rəhbərləri və milli təhlükəsizlik müşavirləri iştirak edəcək. Məqsəd İsveçin NATO-ya üzvlüyünün başa çatdırılmasında irəliləyiş əldə olunmasıdır”.

trt

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…