Əsas məzmuna keç

TüRKIYəDə AğACLARA PKK-NıN əMRILə OD VURURLAR?

Türkiyədə baş verən dəhşətli meşə ynğınlarının, nəhayət ki, əsl baiskarları bəlli olmaqdadır.  

Anasının təkidilə PKK terrorçularından ayrılan və təhlükəsizlik xidmətinə təslim olan Mustafa Biçər PKK-nın mənfur sifətini və əməlini açıqca etiraf edib. Bu barədə “İxlas” agentliyi məlumat yayıb. O, PKK terrorçularının etdiklərini belə izah edib:“Təşkilatda olduğum müddətdə bir çox qadının təcavüzə uğradığını, hamilə qaldığını gördüm. Terrorçulardan qaçmaq istəyənlər çoxdur. Lakin burada həbs olunacaqları qorxusuyla qaçmırlar. Türkiyədə hazırda ağaclara PKK-nın əmrilə od vuran “Atəşin Uşaqları” qrupudur”, – deyə Biçər bildirib.

Xatırladaq ki, iki gün öncə adıçəkilən qrupun iki üzvü yaxalanıb və prezident Ərdoğan da yanğınlarda PKK terrorçularının əlinin olduğunu ehtimal etdiklərini bildirib.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…