Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 292 538 nəfər test edilib, onların 19 320-nin koronavirus testi pozitiv nəticə verib, 14 743 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 87 195 574 peyvənd tətbiq edilib.





