Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin Sankt-Peterburqdakı baş konsulu Mehmet Ferhan Yorulmaz 57 yaşında vəfat etdi
ANKARA, 5 iyul – Türkiyə Xarici İşlər naziri Mövlut Çavuşoğlu, Sankt-Peterburqdakı Cümhuriyyət Baş Konsulu Mehmet Ferhan Yorulmazın vəfat etdiyini açıqladı.
“Bu gün hörmətli həmkarımız, Türkiyənin Sankt-Peterburqdakı Baş Konsulu Mehmet Ferhan Yorulmaz vəfat etdi. Ailəsinə başsağlığı verirəm”- deyə Çavuşoğlu Twitter’da yazıb.
1964-cü ildə anadan olan Yorulmaz, 2020-ci ilin oktyabrında Türkiyənin Sankt-Peterburqdakı Baş Konsulu təyin edilmişdi. Ölümünün səbəbi barədə məlumat verilmir.
Allah rəhmət eləsin.