Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Yəməndə Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüsü ilə ötən Ramazan ayında elan edilən atəşkəs rejiminin daha iki ay müddətinə uzadılmasını alqışlayırıq”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Həmçinin bəyanatda qeyd olunub ki, Türkiyə tərəfi, atəşkəsin uzadılmasını və Yəməndəki qüvvələr arasında daimi atəşkəsə nail olmağın, BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələri və müəyyən edilmiş beynəlxalq qanunlar çərçivəsində dialoq yolu ilə və konstitusiya legitimliyi əsasında həll olunmasını perspektivli addım kimi qiymətləndirir:
“Bu prosesdə Türkiyə, BMT-nin xüsusi nümayəndəsinin Yəməndəki tərəflər arasında dialoqu inkişaf etdirmək və Yəmən xalqı ilə həmrəyliyini ifadə etdirmək səylərini dəstəkləməyə davam edir”.