Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2025 / 11:47

Türkiyə ABŞ-ın Rusiya-Ukrayna danışıqlarında iştirakından danışıb

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda ABŞ nümayəndələrinin iştirak edəcəyi barədə hələlik məlumat yoxdur.

Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti”-yə türk diplomatik mənbəsi məlumat verib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundunun iyunun 2-də İstanbulda keçiriləcəyini açıqlamışdı. Onun sözlərinə görə, Rusiya tərəfi Ukrayna böhranının aradan qaldırılmasına dair memorandum təqdim etməyə hazırdır.

Eyni zamanda, türk diplomatik mənbəsi qeyd edib ki, hələlik ABŞ nümayəndələrinin bu görüşdə iştirakının mümkünlüyü barədə məlumat yoxdur.

“Belə bir məlumat yoxdur”, – o deyib.

Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqlar mayın ortalarında İstanbulda keçirilib. Görüşdən sonra tərəflər genişmiqyaslı məhbus mübadiləsi haqqında razılığa gəliblər: min nəfərə min.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!