Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Böyük Millət Məclisinin “Qlobal Donanmaya İsrail Ordusunun Silahlı Müdaxiləsi ilə bağlı Qətnaməsi” Rəsmi Qəzetdə dərc edilib.
Türkiyə Böyük Millət Məclisi tərəfindən yekdilliklə qəbul edilən qətnamədə bildirilir ki, İsrail növbəti dəfə beynəlxalq hüququ kobudcasına pozaraq davam edən soyqırımı və müharibə cinayətlərinə daha bir cinayət əlavə edib.
Tezadlar.az xəbər verir ki, Qətnamədə İsrailin beynəlxalq sularda mülki və dinc təşəbbüs olan Qlobal Zirvə Donanmasına hücum etdiyi xatırladılır:
“Qlobal Zirvə Donanmasına hərbi müdaxilə edən İsrail ordusu həm humanitar yardımın qarşısını aldı, həm də 20-si bizim vətəndaşımız olan 175 Fələstin tərəfdarı fəalı saxladı. Bu piratçılıq hərəkəti açıq-aşkar müharibə cinayətidir. Biz insan tolerantlığının bütün hədlərini aşan İsrailə xəbərdarlıq edirik və onu zorla saxlanılan fəalları və vətəndaşlarımızı dərhal azad etməyə çağırırıq. Türkiyə Böyük Millət Məclisi olaraq, bütün siyasi partiyalarımız və parlament üzvlərimizlə birlikdə qanunsuz saxlanılan vətəndaşlarımızla və Qəzza xalqına humanitar yardım çatdırmaq üçün yola çıxan humanitar cəbhənin bütün üzvləri ilə həmrəy olduğumuzu bildiririk.
Bundan əlavə, biz Qlobal Zirvə Donanmasının üzvlərinə, xüsusən də vətəndaşlarımıza qarşı törədilən bütün cinayətlərə görə İsrail işğalçı qüvvələrinin beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsinin qabaqcılları və davamlı müdafiəçiləri olacağıq. Biz İsrailin Fələstin xalqına qarşı işğal, soyqırım və aparteid cinayətlərinə son qoyulmasını tələb edirik…”.
E.ŞİRİNOV