Əsas məzmuna keç

Türkiyə əsgərləri Qəzzada yerləşdirilməyəcək, çünki…

Mübahisəli olan bir məsələyə artıq aydınlıq gətirilir: Türkiyə hərbçiləri Qəzza zolağında İsrail ordusunu əvəzləyəcək beynəlxalq qüvvələrin tərkibində yer almayacaqlar. tezadlar.az xəbər verir ki, bu barədə İsrail hökumətinin nümayəndəsi Şoş Bedrosyan belə bəyan edib. O, açıqlamasında deyib: “Türkiyə əsgərləri Qəzzada olmayacaqlar – nə indi, nə keçmişdə, nə də gələcəkdə”.
Qeyd edək ki, bundan əvvəl Türkiyə İsrailin 37 rəsmi şəxsi, o cümlədən baş nazir Benyamin Netanyahunun həbsi üçün order vermişdi. Birləşmiş Ştatlar isə Türkiyənin beynəlxalq təhlükəsizlik qüvvələrində iştirakını dəstəkləyir. Bu qüvvələr sülh razılaşmasının ikinci mərhələsində Qəzza sektorunun idarəçiliyinə nəzarət etməlidir. Amma və lakin…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…