Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə əsrin yaddaqalacaq bir görüşünə hazırlaşır. Ukrayna Prezidenti Volodimir Zelenski də bu minvalla mayın 15-də Ankarada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə keçiriləcək mümkün görüşdən nəticə gözləyir. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla Ukrayna xəbər verir ki, bunu V.Zelenski mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əsas nəticə müharibənin başa çatması və buna doğru ilk addım atəşkəsin əldə olunmasıdır.
“Gəlin bunu edək. Mən Türkiyədə olacağam. Prezident Ərdoğan (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan) olacaq. Hamı Rusiya lideri ilə görüşə hazırdır – istər Ankarada, istər İstanbulda. Üstəlik, bu, onun təşəbbüsü olub”, – V.Zelenski qeyd edib.
O bildirib ki, Rusiyadan birbaşa danışıqlarla bağlı siqnal daxil olub. Eyni zamanda, ABŞ Rusiya və Ukrayna liderləri arasında dialoqun başlanmasını dəstəkləyib. V.Zelenski Vaşinqtonun ideyasını dəstəklədiyini qeyd edib, “çünki Kiyev müharibənin başa çatması üçün bütün yolları dəstəkləyir”. Ukrayna Prezidenti vurğulayıb ki, əgər Putin atəşkəsə hazır olduğunu ifadə etsə, bu “müharibənin başa çatmasının bütün digər elementlərinin müzakirəsi üçün yol açacaq”. Zelenski onu da deyib ki, əgər Putin atəşkəsə hazır olduğunu bildirsə, bu, “müharibənin başa çatmasının bütün digər elementlərinin müzakirəsinə yol açacaq”.
Cəbhədə isə hələki gərginlik səngimir…
A.Məmmədli