Gürcüstan ərazisində baş verən müəmmalı təyyarə qəzasından sonra Türkiyə C-130 təyyarələrinin uçuşunu dayandırıb. Tezadlar.az Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadla bildirir ki, bu barədə nazirlik məlumat yayıb. Məlumata görə, C-130 təyyarələrinin uçuşu 12 noyabrdan etibarən dayandırıb.

Xatırlatma: noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçinin hamısının nəşi tapılıb. Təyyarə qəzasında şəhid olan hərbçilərin cənazələri axtarış-xilasetmə və qəza qruplarını Gürcüstana aparan A-400M təyyarəsi ilə Türkiyəyə aparılacaq.
Allah şəhid hərbçilərə rəhmət eləsin!

