9 Noyabr 2025 / 16:45

Türkiyə Pakistan-Əfqanıstan barışığı üçün bu nazirlərini göndərəcək

Gələn həftə Türkiyə Pakistan və Əfqanıstan arasında münasibətlərin normallaşdırılması yollarını müzakirə etmək üçün Pakistana xarici işlər naziri, müdafiə naziri və Milli Kəşfiyyat Təşkilatından (MKT) ibarət nümayəndə heyəti göndərmək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Azərbaycandan qayıtdıqdan sonra jurnalistlərə bildirib.

O, vasitəçilik səylərini yüksək qiymətləndirib və “müsbət nəticə” ümidini ifadə edib.

“Bu həftə xarici işlər nazirimiz Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və MKT direktoru İbrahim Kalın Pakistana səfər edəcəklər. Onlar bu məsələləri müzakirə edəcəklər”, – deyə Türkiyə lideri qeyd edib.

Ərdoğan İslamabaddakı təmaslar sayəsində “Ankaradakı danışıqlar prosesini uğurla başa çatdıra biləcəyinə” inanır.

“Biz daimi atəşkəsə ümid edirik və hər iki tərəfi təmkinli olmağa çağırmağa davam edirik”, – deyə o əlavə edib.

7 noyabrda Pakistanın informasiya və yayım naziri Attaullah Tarar bildirib ki, Pakistan və Əfqanıstan arasındakı sərhəd münaqişəsinin həllinə yönəlmiş Türkiyədəki danışıqlar nəticəsiz başa çatıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!