Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2025 / 12:21

Türkiyə Rusiya-Ukrayna danışıqları üçün yer seçimini belə izah edib

İstanbuldakı Çırağan Sarayı Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu üçün tutumuna və Türkiyənin öz cazibədar yerlərini nümayiş etdirmək istəyinə görə seçilib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” türk diplomatik mənbəsinə istinadən məlumat yayıb.

“Birincisi, burada böyük ərazi var, ikincisi, Türkiyənin görməli yerlərindən biridir. Niyə də olmasın?” – qeyd etdi.

Nəşrin məlumatına görə, Bosfor boğazının mənzərəsi artıq nümayəndə heyətlərinin gəlişini gözləyən jurnalistləri sevindirib. Eyni zamanda, Türkiyə təmsilçiləri görüşməyə və danışıqlar iştirakçılarının təhlükəsizliyini təmin etməyə hazır olduqlarını vurğulayıblar.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqlar mayın ortalarında İstanbulda keçirilib. Daha sonra Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya gələcək sülh müqaviləsi memorandumu üzərində Ukrayna tərəfi ilə işləməyə hazırdır. Rusiya Xarici İşlər Nazirliyi birbaşa danışıqların növbəti raundu üçün iyunun 2-ni təyin edib.

Artıq İstanbula gələn Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. Onun tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.

Eyni zamanda məlum olub ki, Vladimir Zelenski Ukrayna nümayəndə heyətinin tərkibini dəyişib. Ona ölkənin müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Mərkəzi Hüquq İdarəsinin Beynəlxalq və Əməliyyat Hüququ İdarəsinin rəisi Aleksey Malovatski isə İstanbula getməyəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!