Əsas məzmuna keç

Türkiyə Rusiya və Ukrayna arasında danışıqların yeni raundu üçün daha konkret tarixlər tələb edir

Türkiyə Rusiya və Ukrayna arasında danışıqların yeni raundu ilə bağlı daha konkret məlumat gözləyir.

Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti”-yə ölkənin diplomatik mənbəsi məlumat verib.

Agentliyin həmsöhbəti əmin edib ki, Türkiyə bir daha hər iki ölkənin nümayəndələrini qəbul etməyə hazırdır.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukraynanın danışıqların növbəti raundu ilə bağlı razılığa gəldiyini bildirmişdi.

Xatırladaq ki, iki ölkə arasında danışıqların birinci raundu mayın 16-da İstanbulda, nümayəndə heyətlərinin ikinci görüşü isə iki həftə sonra, iyunun 2-də baş tutub.

Amerikalı Malek Dudakov lenta.ru ilə söhbətində tərəflərin iyuldan tez olmayan üçüncü dəfə görüşəcəyini təklif edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…