Türkiyə Tehran-Təbriz-Məşhəd uçuşlarını dayandırdı

Türk Hava Yolları (THY) Tehran, Təbriz və Məşhədə 17 uçuşu ləğv edib. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə Türk Hava Yolları məlumat yayıb. Qeyd edilib ki, İranda son baş verən hadisələr səbəbindən 9-10 yanvar tarixlərində Tehran, Təbriz və Məşhədə planlaşdırılan ümumilikdə 17 uçuş ləğv edilib.

İranda hava hücumundan müdafiə qüvvələri hazırlıq vəziyyətinə gətirilib. ABŞ-ın hərbi əməliyyat keçirəcəyi təhlükəsi hiss edilir.

A.Məmmədli

Xəbəri paylaş