Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Noyabrın 11-də Bakıdan Türkiyəyə uçan qardaş ölkəyə məxsus təyyarənin qəzaya uğraması barədə məlumat vermişdik… Tezadlar.az xatırladır ki, Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 hərbi təyyarəsinin “qara qutu”sunun təhlili davam edir. Bu barədə “Haber Türk” məlumat yayıb. Bildirilir ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan “C-130 Hercules” hərbi təyyarəsinə hər hansı müdaxilə izi aşkarlanmayıb. Təyyarənin “qara qutu”su araşdırılarkən quyruq hissədəki heyətdən bir şəxsin “vay” (eyvah) deyə qışqırdığı eşidilib. Məhz bu səsdən sonra təyyarənin quyruq hissəsinin gövdədən ayrıldığı qeyd olunur. “Haber Türk” yazır ki, hərbi təyyarə ilə bağlı Milli Kəşfiyyat Təşkilatı (MİT) da intensiv işləyir. Texniki nasazlıq daxil bütün versiyalar, sabotaj ehtimalı da araşdırılır. Bu kimi qəzalar zamanı pərlərdən birinin qoparaq gövdəyə zərər vurması ehtimalı da araşdırılıb, lakin texniki araşdırma belə bir halın olmadığını göstərib. Bütün pərlər mühərriklərin üzərində, ayrılmamış vəziyyətdədir. Təyyarənin yük bölməsindəki 3.5-4 tonluq yükün Azərbaycana gedən F-16 -ya aid ehtiyat hissələri və hərbi texniki personal olduğu müəyyən edilib. Yəni, təyyarənin həddindən artıq yüklənmədiyi bildirilir.
Heyətin “vay” qışqırığının quyruqda yaranan problemlə bağlı olduğu anlaşılır. “Haber Türk” yazır ki, təyyarədə 19 nəfər uçmalı idi, son anda daha bir hərbçinin adı əlavə olunub. Həmin şəxs siyahıya adını özü, əl yazısı ilə əlavə edib. Beləliklə, 20 hərbçinin həyatına son qoyan təyyarə qəzası araşdırılmaqdadır. Çox təəssüflər!
A.Məmmədli