Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İstanbul Rusiya və Ukraynanın nizamlanmanı müzakirə edə bildiyi yeganə məkan olaraq qalır və Ankara bu danışıqlar prosesini canlandırmağa hazırdır.
“Rusiya-Ukrayna müharibəsi regionumuzun indiyə qədər üzləşdiyi ən çətin sınaqlardan biridir. İlk gündən prinsipimiz aydın olub: müharibədə qalib, ədalətli sülhdə isə məğlub yoxdur. Bu əqidəyə əsaslanaraq, biz müharibəni diplomatik yollarla bitirmək üçün ən intensiv səylər göstərən ölkə olmuşuq. İstanbul tərəflərin texniki səviyyədə görüşə və sülh nizamlanmasının parametrlərini müzakirə edə bildiyi yeganə məkan olaraq qalır”, – Tezadlar.az xəbər verir ki, nazir Ankarada keçirilən illik Səfirlər Konfransının açılışında bildirib.
O, qeyd edib ki, Türkiyədə danışıqların aparılması “Türkiyə diplomatiyasına göstərilən etimadın təzahürüdür”.
O əlavə edib ki, “Türkiyə istənilən təşəbbüsü həyata keçirməyə, dəstəkləyici rol oynamağa və müharibəyə diplomatik yollarla son qoymaq məqsədi ilə sülh danışıqları platformasını bərpa etməyə hazırdır”, – deyə o əlavə edib.
E.ŞİRİNOV