Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın İranın nüvə obyektlərinə hücumunun mümkün nəticələri ilə bağlı ciddi narahatlığını bildirib. Diplomatların fikrincə, regional münaqişə qlobal səviyyəyə çata bilər.
Tezadlar.az TASS-a istinadən xəbər verir.
Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, Ankara ABŞ-ın İslam Respublikasının nüvə obyektlərinə hücumundan dərin narahatdır.
“Hazırda baş verən hadisələr regional münaqişənin qlobal müstəviyə keçməsinə səbəb ola bilər. Biz bu fəlakətli ssenarinin gerçəkləşməsini istəmirik”, – bəyanatda deyilir.
Türkiyə diplomatları İsrailin təcavüzündən sonra münaqişənin genişlənmə riskinin artdığını vurğulayıblar. Hazırda Yaxın Şərq regionunda təhlükəsizlik baxımından sabitlik pozulur və münaqişəyə yeni oyunçu daxil olub ki, bu da daha böyük narahatlıq doğurur.
“ABŞ-ın İranın nüvə obyektlərinə bugünkü hücumu bu riski ən yüksək səviyyəyə çatdırıb”, – Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
E.ŞİRİNOV