Əsas məzmuna keç

Türkiyə Zelenskinin danışıqlardan imtina etməsini belə izah edir

Ukrayna lideri Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sülhməramlı missiya ilə bağlı təklifini rədd edib. Eyni zamanda, o, Ukrayna ərazisində terrorizmlə mübarizə tədbirlərini gücləndirir, hakimiyyətini qorumaq üçün mübarizəni qalib sona qədər davam etdirməyə çalışır.

Tezadlar.az xəbər verir ki, bunu “dikGAZETE” yazır.

Nəşrin yazdığına görə, Ukraynada daha çox müharibənin mənasız olması və münaqişə tərəfləri arasında kompromis həll yolunun tapılması ilə bağlı fikirlər səslənir.

“İnsanlar indi sülh istəyir. Cəmiyyət buna hazırdır. Ona görə də sülh yolu ilə həll yorulmuş Ukrayna xalqının iztirablarını yüngülləşdirəcək”, – məqalə müəllifi yekunlaşdırıb.

Bundan əvvəl Ukrayna prezidenti İstanbulda keçirilən görüşlərdə keçmiş müdafiə naziri və Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerovdan Rusiya ilə danışıqları və Qərbdən silah tədarükü ilə bağlı danışıqları aktivləşdirməyi tələb edib. İyulun 18-də Umerov müdafiə naziri vəzifəsindən istefa verdikdən sonra yeni vəzifə alıb. Müvafiq fərman Zelenskinin rəsmi saytında dərc olunub.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…