Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin qərbindəki Sakarya əyalətində 16 nəqliyyat vasitəsinin iştirakı ilə böyük qəza baş verib.
Tezadlar.az xəbər verir ki, “İHA”-nın məlumatına görə, toqquşmada 13 nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır.
“Şossedə avtobuslar, mikroavtobuslar və yük maşınları da daxil olmaqla on altı nəqliyyat vasitəsi toqquşub”, – məlumatda deyilir.
Qəza Alanjuma kəndi yaxınlığındakı TEM şossesində baş verib. İlkin məlumatlara görə, səbəb tüstü səbəbindən görünürlük məsafəsinin qəfil azalması olub. Naməlum şəxslər yolun kənarında təkərləri yandırıblar və sürücüləri sərt əyləc etməyə məcbur ediblər. Arxadan gələn nəqliyyat vasitələri vaxtında reaksiya verə bilməyiblər.
Qəza nəticəsində Ankaraya gedən şossedə nəqliyyatın hərəkəti uzun müddətə bağlanıb.
E.ŞİRİNOV