Əsas məzmuna keç

Türkiyədə 38 il axtarılan qatil yazıçı kimi gizlənirmiş

Türkiyədə adam öldürməkdə şübhəli bilinən yazıçı saxlanılıb.

Tezadlar.az yerli mediaya istinadla bildirir ki, polis sosial şəbəkədə “Ali Demir Evrensel” adlı hesabın paylaşımlarından şübhələnərək, araşdırmaya başlayıb. Həmin şəxs göstərilən profildə 7 kitab yazdığını və onlar üçün imza günü təşkil etdiyini paylaşıb.

Polis araşdırma zamanı həmin şəxsin 4 aydır axtarılan, barəsində 38 ildən çox həbs qərarı verilən 49 yaşlı Ramazan Evrensel olduğunu müəyyən edib.

Məlumata görə, o, qəsdən adam öldürmə və sənədləri saxtalaşdırma maddələri ilə ittiham olunub. Polisin Adana şəhəri, Seyhan qəsəbəsində villada keçirdiyi əməliyyat zamanı Ramazan Evrensel saxlanılıb və o, cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…