Türkiyədə ali təhsil 3 il oalacaq!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Konqres və Mədəniyyət Mərkəzində keçirilən 2025-2026 ali təhsil tədris ilinin açılış mərasimindəki çıxışında bu sahədə əhəmiyyətli yeniliklərdən danışıb. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, dövlət başçısı yeni dövrdə kurs planlarının sadələşdiriləcəyini və tələbələrin layihənin hazırlanması, tətbiqi və tədqiqata əsaslanan öyrənmə modelləri əsasında təhsil alacağını bildirib. O həmçinin bir çox Avropa ölkələrində olduğu kimi, tələbələrin üç il ərzində məzun ola bilməsi üçün struktur islahatlarının gündəmdə olduğunu açıqlayıb: “Bu islahatlarla ali təhsil sistemimiz həm daha səmərəli olacaq, həm də beynəlxalq standartlara uyğunlaşacaq”, – deyə Ərdoğan qeyd edib.

Xəbəri paylaş

Xəbər lenti