14 Noyabr 2025 / 10:56

Türkiyədə daha bir təyyarə qəzaya uğradı

Ötən gün Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb. Kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, əlaqənin kəsildiyi yanğınsöndürmə təyyarəsinin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza zamanı pilot həlak olub. Nazir pilotun yaxınlarına başsağlığı verib. Məlumata əsasən, təyyarə bu gün Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava Limanına yenidən havaya qalxıb və əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb.

 Təyyarələrdən biri geri dönmə zamanı Rejika Hava Limanına eniş edib, Türkiyə vaxtı ilə saat 18:25-də digər təyyarə ilə radio əlaqəsi kəsilib. Axtarış-xilasetmə tədbirləri davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!