…Türkiyə mənşəli sosial media platformalarında Prezident İlham Əliyevə dəstək çağırışları meydan sulamaqdadır.

Tezadlar.az xatırladır ki, Türkiyənin bütün türkçü təşkilat və dərnəklərinə (Edirnedən Karsadək bütün Türkçü təşkilatlara) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qarşı təşkil edilən informasiya hücumlarına cavab olaraq çağırış edilib. Çağırışda bildirilir ki, Türk Dövlətləri Təşkilatının (TDT) Sammiti çərçivəsində 29–30 oktyabr tarixlərində Ankaraya səfər edəcək Azərbaycan Prezidenti İlham Əliyevi qarşılamaq və ona dəstək olmaq üçün bütün daxili ixtilafları bir kənara qoymaq tələb olunur. Çağırışda, həmçinin Türkçü qrupların İlham Əliyevin Böyük Öndər Mustafa Kamal Atatürkün məzarını (Anıtqəbiri) ziyarəti zamanı ona müşayiət etmələrinin vacibliyi vurğulanıb.
Onu da qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğan ötən gün Prezident İlham Əliyevə zəng edərək onu oktyabrın 29-30 tarixlərində Türkiyədə keçirələcək Zirvə Sammitinə dəvət edib.
A.Məmmədli






