Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Ankarada növbəti — 23-cü kitab sərgisi keçirilir. Sərgi öz işinə bu ayın 3-dən başlayıb. Sərgidə bir çox məşhur yazıçı və şairlərin şeir və nəsr janrında qələmə aldıqları əsərləri nümayiş olunur. Müəlliflər öz kitablarının satışını birbaşa həyata keçirirlər. Bu zaman oxucu ilə birbaşa təmas yaranır. Xüsusilə gənclər kitab almaqda maraqlıdırlar.
Sərgidə ayrı-ayrı yazıçı və şairlərin imza günləri də təşkil olunur. Bu gün türkiyəli xanım yazıçı Ayşəgül Kösa Sərtin imza günü idi. Müəllifin ötən illərdə nəşr etdirdiyi kitabları arasında Azərbaycanda tərcümə edilərək çap olunan “Tənhaların simfoniyası” adlı hekayələr və esselər toplusu da vardı. Müəllifə yeni yaradıcılıq uğurları arzu edirik.
Sərgidə bədii ədəbiyyatla yanaşı, bir çox elmi, publisistik əsərlər də nümayiş etdirilir. Eyni zamanda müxtəlif dillərdən tərcümə edilmiş ədəbiyyat nümunələri də yer alır. Bundan başqa, sərgidə əl işləri, qədim əşyalar da alıcıların zövqünü oxşayır.
Qeyd edək ki, sərgi aprelin 12-dək (12-i də daxil olmaqla) davam edəcək.
Zeynəb Əliqızı
(Ankara)