Türkiyədə itkin düşən rusiyalı üzgüçü Nikolay Sveçnikovun axtarışları davam edir.
Tezadlar.az bildirir ki, bu barədə mətbuata Türkiyə Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“O, hələlik tapılmayıb. Axtarış əməliyyatları davam etdirilir”, – təşkilatdan bildirilib.
29 yaşlı Sveçnikov avqustun 24-də Bosfor boğazında keçirilən irimiqyaslı beynəlxalq üzgüçülük yarışının iştirakçılarından biri olub. Bu yarışda 81 ölkədən 3000-ə yaxın üzgüçü iştirak edib. Lakin rusiyalı finiş xəttinə gəlməyib.
E.ŞİRİNOV







