Əsas məzmuna keç

Türkiyədə yeni evlənən cütlük ağır qəzada həlak oldu

Türkiyədə yeni evlənən cütlük yol qəzasında ölüb.

Tezadlar.az yerli mediaya istinadla bildirir ki, dekabrın 8-də Ankara-Eskişehir yolunda baş verib.

Mert Özsüzün idarə etdiyi avtomobil iri yük avtomobili olan TIR-a çırpılıb. Zərbədən sonra avtomobil bir neçə dəfə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Sürücünün 3 ay əvvəl evləndiyi İrem Özsüz və daha 2 sərnişin isə xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər.

Lakin görülən tədbirlərə baxmayaraq, İrem Özsüz də bu gün xəstəxanada keçinib.

Qəza ilə bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…