Əsas məzmuna keç

Türkiyədən gələ biləcək təhlükələrdən necə qorunmalı?

Azərbaycanın 7 Türkiyə vətəndaşını beynəlxalq axtarışa verməsi, 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil etməsi doğru, ancaq yarımçıq addımdır. Türkiyədən gələn təhlükələrin qarşısını belə addımlara almaq mümkün deyil.
Talibandan daha radikal, sayları 400-dən çox olan təriqqət və cammatların, admiral Türker Ertürkün açıqladığı kimi Türkiyədəki 35 min İŞİD-linin yolunu belə kiçik addımlara kəsmək mümkün deyil. Qənaətimcə, Azərbaycana səfər edən Türkiyə vətəndaşları radikal təriqqət və cammatlarla əlaqələrinin olmadığını təsdiqləyən bəyannamə doldurmalıdırlar. Radikal təriqqət və cammatlara əlaqəsi, bağlılığı olanların Azərbaycana giriş qadağası edilməlidir. Radikal təriqqət və cammatların Azərbaycandakı şəbəkələri ifşa edilərək, sərt şəkildə zərərsizləşdirilməlidir. Əks halda FETO-nun Azərbaycana bulaşdırdığı çirkabdan daha böyük təhlükəyə ilə üzləşməyimiz qaçılmaz olacaq.
Türkiyənin Azərbaycana siyasi islam ixracından imtina etmək niyyətində olduğunu təsdiqləyən ən kiçik hərəkət, addım olmadığı halda, Azərbaycana siyasi islamın ixrac etmək istəyinin güclənməsi və genişlənməsi müşahidə olunur. Siyasi islamçıların media orqanlarının Azərbaycana yönəlik fəaliyyəti bir ay öncə ilə müqayisədə kəskin şəkildə artıb. Bunun qarşısını almaq üçün hüquqi addımlara yanaşı, təsirli siyasi addımlar atılmalıdır. Qənaətimcə, Türkiyə Azərbaycana siyasi islam ixracını dayandırmayana qədər yüksək səviyyəli səfərlər təxrə salınmalıdır. Bu istiqamətdə ilk və təsirli addım Prezident İlham Əliyev oktyabrın 29-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatı Zirvə Görüşündə iştirak etməməsi ola bilər.
Türk Dövlətləri Təşkilatının varlığı, türk dövlətləri əlaqələr Azərbaycan üçün çox mühümdür. Ancaq Azərbaycanın özünün taleyindən və Azərbaycan xalqının gələcək prezpektivlərindən önəmli deyil. Üstəlik, Türküstanın türk dövlətləri ilə intiqarsiyanı dərinləşdirən alternativ platforma da mövcuddur. Ərazi bütövlüyün təmin etmiş və bununla da bütövləşmə prosesinin yolunu açmış Azərbaycana bu mərhələdə yeganə zərəri təhlükəni radikal dini cəryanlar yarada bilər. Azərbaycan xalqının bütövləşməsinə, Böyük Azərbaycanı doğuracaq prosesə zərər verəcək bütün təhlükələrin zərərsizləşdirilməsi həyati əhəmiyyətli vəzifədir.
Xəqani Cəfərov,
politoloq
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…