Türkiyəli məşhur müğənni Mabel Matiz barəsində ilkin araşdırma başa çatıb.
“Təzadlar” Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq müğənninin “Perperişan” adlı yeni mahnısının ədəbsiz təsvir yaratdığı həmçinin yaş məhdudiyyəti olmadığından uşaqlar üçün təhlükə yaratdığı qənaətinə gəlib.
Qeyd edək ki, “Perperişan” mahnısı təkcə M.Matizin yutub kanalında 2 milyona yaxın dinlənilib.







