16 Yanvar 2026 / 23:59

Türkiyəli siyasətçi: Ermənistan sülh yolunu seçməlidir

Azərbaycanın Qarabağ zəfərindən sonra daha qətiyyətli siyasət yürütdüyü müşahidə olunur.

Tezadlar.az xəbər veriri ki, bunu açıqlamasında Türkiyəli siyasətçi, Ankara Medipol Universitetinin müəllimi İsmayıl Safi deyib.

Onun sözlərinə görə, Şərqlə Qərbin kəsişməyində yerləşən Azərbaycan coğrafi mövqeyi baxımından mühüm çox böyük əhəmiyyətə malikdir:

“Hazırda dünyanın ən böyük iqtisadiyyatlarından biri Çindədir, bu ölkənin nəhəng sənaye potensialı var. Orada istehsal olunan trilyonlarla dollarlıq mallar əvvəllər Yaponiya, Avropa, Şimali Amerika bazarlarına çıxarılırdı. Amma Yaxın Şərq, Qafqaz, Anadolu və Mərkəzi Asiya bu ticarətdən müəyyən qədər kənarda qalırdı. Amma indi vəziyyət dəyişməyə başlayıb. Qeyd edim ki, Azərbaycanın Qarabağ zəfərindən sonra daha qətiyyətli siyasət yürütdüyü müşahidə olunur. Hazırda Qafqazın gözü olan Azərbaycanın gücü hər kəsə məlumdur. Qarabağ qələbəsi ilə yeni reallıqlar yaranıb və bu, beynəlxalq ticarətdə də özünü göstərməkdədir”.

İ.Safi qeyd edib ki, Ermənistan mövcud şəraitdə Azərbaycan və Türkiyənin sülhə xidmət edən addımlarını düzgün qiymətləndirməlidir:

“Türkiyə normallaşma prosesində Azərbaycanla birgə hərəkət edir. Ermənistan anlamalıdır ki, o yalnız Azərbaycanla anlaşacağı təqdirdə Türkiyə ilə quru sərhədinin açılışı gerçəkləşəcək. Hazırda Paşinyan Türkiyə və Azərbaycan rəhbərliyi ilə münasibətlərində loyallığı qoruyur və sülhü dəstəkləməyə cəhd edir. Ümid edirəm ki, bu, davam edəcək və Ermənistan davamlı sülhü seçəcək”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!