Əsas məzmuna keç

Türkiyənin Alanya şəhərini güclü yağışlar basdı

Şəhər küçələrində nəqliyyatın hərəkəti iflic olub

Güclü leysan yağışlar məşhur tətil məkanı olan Türkiyənin Alanya şəhərini su basıb. Yağışlar bütün gün davam edib və yüzlərlə ev sel sularına qərq olub.

Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhər küçələrində nəqliyyatın hərəkəti iflic olub və bəzi yerlərdə su o qədər güclü olub ki, avtomobilləri aparıb və yeraltı keçidləri su basıb.

Yolun bir hissəsində bir neçə nəfər ilişib qalıb və xilas edilməli olub. Yerli medianın məlumatına görə, suyu çıxarmaq çətindir və sinoptiklər tezliklə daha çox yağış yağa biləcəyi barədə xəbərdarlıq edirlər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…