Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə respublikasının Batumi şəhərindəki baş konsolosu Adnan Altay Altınörsa kazinoda rast gəlinib. Bu, diplomatik qanunlara zidd sayılır. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə Türkiyə Böyük Millət Məclisində, Türkiyə Xarici İşlər Nazirliyinin büdcə müzakirələrində Cümhuriyyət Xalq Partiyasının üzvü Namık Tan danışıb. TBMM Plan və Büdcə Komissiyasında Xarici İşlər Nazirliyinin büdcəsi müzakirələri davam edərkən, CHP Xarici Əlaqələrdən Məsul sədr Müavini Namık Tan, Batum Baş Konsolosu Adnan Altay Altınörs barədə ictimaiyyətə yansıyan iddiaları gündəmə gətirib.
Komissiyada söz alan Namık Tan, Türkiyə ilə Gürcüstan arasındakı viza azadlığının “sui-istifadə” si nəticəsində Batumu “hər cür qanunsuz fəaliyyətlə məşğul olanların qaçış və gizlənmə nöqtəsi” halına gəldiyini bildirib və bütün bunlardan Batum Baş Konsolosluğunun kritik bir məsuliyyət daşıdığını vurğulayaraq, Baş Konsolosun kazinoda çəkilmiş şəkillərin mətbuatda yayıldığını qeyd edib. “Diplomatların həyat yoldaşlarına iqtisadi gəlir gətirən işlərdə işləmək ciddi şəkildə məhdudlaşdırılsa da, Baş Konsolosun həyat yoldaşının Batumda gözəllik mərkəzi açdığı, Baş Konsolosluq xidmətindəki avtomobilləri Batum və Ankara arasında işlətdiyi, gözəllik mərkəzləri arasında mal-material daşımaq üçün istifadə etdiyi, üstəlik, Baş Konsolosluq və rezidensiya binalarından sosial media fenomenləri ilə reklam paylaşımları etdiyi ictimaiyyətdə yayılıb. Belə paylaşımların Baş Konsolosluq və rezidensiya kimi dövlət binalarımız üçün yaratdığı ciddi təhlükəsizlik boşluğunu müzakirə belə etmirəm.” – deyə Namık Tan bildirib.
Həmçinin o, Türkiyə Xarici İşlər Naziri Hakan Fİdana müraciət edərək kazinodakı görüntülərin ardından Baş Konsolosun Batumda cinayət təşkilatlarının təzyiqi altına düşdüyünə dair iddiaların da dolaşdığını qeyd edərək, bunun diplomatik fəaliyyət baxımından ciddi bir vəziyyət yaratdığını bildirdi. “Maiyyətinizdə olan personal rüsvayçı işlərə qarışırsa, bunlarla bağlı lazımi nəzarəti və istintaqı aparmaqda əsas məsul şəxs yenə Sizsiniz, hörmətli Nazir.”- deyə o qeyd edib.
Məsələ Türkiyə XİN-də ciddi şəkildə araşdırılır.