Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıdan çıxaraq Gəncədə dayanan, sonra Gürcüstanın hava məkanı ilə Türkiyəyə istiqamət götürən və Gürcüstanın Siqnaxi rayonunda qəzaya uğrayan Türkiyəyə məxsus təyyarə ilə bağlı axtarış-xilasetmə işləri davam etdirilir. Tezadlar.az CNN- Türk-ün canlı efirinə istinadla bildirir ki, əraziyə Gürcüstanın Daxili İşlər Nazirliyinin müvafiq qurumları və xilasetmə qrupu cəlb olunub. Ötən gecə boyu davam edən axtarış tədbirləri bu gün səhərdən bərpa edilib. Ərazi Gürcüstanının xüsusi təyinatlıları tərəfindən əhatəyə alınıb, polis postları yaradılıb.
Təyyarənin qəza anını qeydə alan sosial şəbıkə yayımlarından isə məlum olur ki, eyni anda təyyarənin turbinlərinin ikisində də yanğın başlayıb və bundan əvvəl isə təyyarənin quyruq hissəsi qopub yerə düşməkdədir. Havada bir neçə dəfə müvazinətini itirərək fırlanan təyyarə, nəhayət yerə çırpılır və güclü yanğın başlayır.
Türkiyəli hərbi ekspertlərin fikrincə nə qədər ki, “qara qutu” və pilotların Türkiyədəki müşahidə məntəqəsi ilə danışıqları öyrənilməyib, təyyarənin kənar təsirdən qəzaya uğradığını demək tezdir. Bununla belə, sosial mediada təyyarənin qəza anını göstərən videoyayımlar təyyarənin kənar təsirdən qəzaya uğradığı qənaətini ortaya qoymaqdadır.
Beləliklə, hamı rəsmi qurumların məlumatlarını gözləməkdədir. Tezadlar.az Türkiyə Müdafiə Nazirliyinin də belə bir xəbərdarlıq məlumatı yaydığını qeyd edir.
A.Məmmədli